Rusiyadan Azərbaycana pul gətirən həmyerlilərimizə şok qadağa - TƏFƏRRÜATLAR
Rusiya fiziki şəxslərin ölkədən Azərbaycana 1 milyon rubldan artıq nağd pul çıxarmasını qadağan edib.
TodayPress TV "Anews.az"a istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin məlumatında deyilir.
Qeyd edilib ki, məhdudiyyət Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana pul aparılmasına da şamil olunur.
Qayda Rusiya Prezidentinin 29 sentyabr 2026-cı il tarixli 709 nömrəli fərmanı ilə müəyyən edilib.
Qadağa fiziki şəxslərin 1 milyon rubldan artıq nağd pul çıxarmasına aiddir. Hüquqi şəxslər və fərdi sahibkarlar isə fərmanda nəzərdə tutulan istisnalar xaricində, məbləğindən asılı olmayaraq, Rusiyadan nağd valyuta çıxara bilməzlər.
Komitə Rusiyadan nağd pul aparmağı planlaşdıran şəxslərə səfərdən əvvəl qüvvədə olan qaydalar və istisnalarla tanış olmağı tövsiyə edib.