Prezidentə təbriklər davam edir
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TodayPress TV məktubun mətnini təqdim edir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.
İki dost ölkəni və xalqı birləşdirən, bütün sahələrdə möhkəmlənməsinə və inkişafına çalışdığımız qardaşlıq münasibətlərinin müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıram.
Zati-alinizə salamlarımı və ehtiramımı bildirirəm".
***
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.
Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”.