Tramp Pentaqon rəhbərini qovur? - Gizli müzakirələr sızdı
ABŞ lideri Donald Tramp köməkçiləri ilə Pentaqon rəhbəri Pit Heqsetin mümkün istefasını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Tramp Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə məğlubiyyətindən sonra Heqsetin vəzifəsində qalmalı olub-olmadığı ilə bağlı müşavirlərindən məsləhət alır.
Bununla belə, telekanalın mənbələri bildirirlər ki, Tramp hələlik Pentaqon rəhbərinin mümkün əvəzlənməsi ilə bağlı yekun qərar qəbul etməyib. "CBS" vurğulayır ki, demokratlar hələ seçkilərdən əvvəl Heqsetin vəzifəsindən kənarlaşdırılmasına nail olmağa çalışırdılar və Konqresin hər iki palatasına nəzarəti ələ keçirdikdən sonra bu cəhdlər intensivləşə bilər.
Aysel Mətləb