Husilər bu dəfə Səudiyyə Ərəbistanının dronunu hədəf aldı
Yəmən husiləri Səudiyyə Ərəbistanına məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarını nümayiş etdiriblər.
TodayPress TV xəbər verir ki, husilər Taiz əyaləti üzərində Səudiyyə Ərəbistanına məxsus olduğu ehtimal edilən “Wing Loong II” tipli kəşfiyyat-zərbə dronunu bu gün vurduqlarını iddia ediblər.
Qeyd edək ki, Çində istehsal olunan “Wing Loong II” orta hündürlükdə uçuşlar həyata keçirən pilotsuz aparatı həm kəşfiyyat və müşahidə, həm də hava zərbələri endirmək üçün nəzərdə tutulub.
Kübra Musayeva