Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi - TƏCİLİ

Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi - TƏCİLİ
04.11.2026 23:02 Hadisə

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində problem yaranıb.

TodayPress TV Medianews.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova təsdiqləyib.

“Anamın səhhətində yaranan problemlər elə bir vəziyyətə çatdı ki, xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər problemi, böyrək, ürək çatışmazlığı və digər daxili orqanlarında çox böyük problemlər yaranıb. Görünür yaşadığı üzüntülər, stres və digər problemlər üst-üstə yığılıb və bir yerdən vurub üzə çıxıb. O da bu günlərə təsadüf edib. Hazırda Sumqayıtda 2 nömrəli şəhər xəstəxanasında müalicə alır. Sağ olsunlar, həkim kollektivi, xəstəxana rəhbərliyi anama böyük diqqət və qayğı göstərir. Anamın müayinə və müalicəsini yüksək səviyyədə təşkil ediblər. Səhhətində bir az irəliləyiş var. Ümid edirəm ki, anam həkimlərin səyi, onu sevənlərin duaları və Allahın köməyi ilə daha da yaxşı olacaq”, - deyə Kəmalə Həşimova bildirib.

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər