Elnur Məmmədov Ermənistan XİN rəhbərinin müavini ilə görüşdü
Xarici siyasət
24.02.2026 17:09
24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Azərbaycan Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.
Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
tag: Azərbaycan,XİN,Görüş,Müzakirə,Todaypress.tv,
