Qazanılan 4 medal Azərbaycan avarçəkənlərinin gücünü bir daha nümayiş etdirdi!

Qazanılan 4 medal Azərbaycan avarçəkənlərinin gücünü bir daha nümayiş etdirdi!
15.10.2026 10:13 İdman

Gürcüstanın Mtsxeta şəhərində “Mtsxeta Şəhəri Günü” münasibətilə təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Su İdmanı Federasiyasının idmançıları bu nüfuzlu yarışda uğurla çıxış edərək ümumilikdə 4 medal qazanıblar.

Yunus Əhmədov avarçəkmənin kayak növündə fərdi qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb. O, həmçinin gürcüstanlı həmkarı ilə birgə ikinəfərlik qayıqda da eyni məsafədə ikinci yeri tutaraq öz aktivinə ikinci gümüş medalı yazdırıb.

Eyni kateqoriyada və müxtəlif yaş qrupları üzrə mübarizə aparan Sənan Cəfərzadə - Tahir Mövsümov dueti fəxri kürsünün ikinci pilləsinə qalxaraq gümüş medalın sahibi olub.

İkinəfərlik kanoe qayığında 200 metr məsafədə mübarizə aparan Rüstəm Əsgərov - Fəxri Sadıqlı dueti yarışı üçüncü sırada tamamlayaraq bürünc medala sahib çıxıblar.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Qazanılan 4 medal Azərbaycan avarçəkənlərinin gücünü bir daha nümayiş etdirdi! — 1
Qazanılan 4 medal Azərbaycan avarçəkənlərinin gücünü bir daha nümayiş etdirdi! — 2
XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər