BMT baş katibi Ermənistana getdi

BMT baş katibi Ermənistana getdi
15.10.2026 09:55 Dünya

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş COP17 konfransı çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak etmək üçün Ermənistana səfər edib.

TodayPressv TV xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

BMT baş katibinin təyyarəsi İrəvandakı “Zvartnots” beynəlxalq hava limanına enib. Onu hava limanında Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

COP17 çərçivəsində Liderlər Sammiti oktyabrın 16-da keçiriləcək. Konfransın özü isə oktyabrın 19-da başlayacaq və ayın 30-dək davam edəcək.

TodayPressv TV 

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər