Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,73 ABŞ dollar azalıb.
TodayPress TV xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,73 ABŞ dolları və ya 2,91 % azalaraq 124,14 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.