Doroti Baziv: Qadınlar maliyyələşdikdə bütün cəmiyyət faydalanır

Xarici siyasət

22.05.2026 11:09

“Beynəlxalq forumlarda qəbul olunan qərarlar real həyatda tətbiq olunmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bütün qadınlar və qızlar üçün adekvat mənzilə aparan yollar və imkanlar” adlı paneldə Uqandada “Shelter and Settlements Alternatives” təşkilatının icraçı direktoru Doroti Baziv deyib.

O bildirib ki, bir çox hallarda siyasətdə nəzərdə tutulan məqsədlərlə onların yerli səviyyədə icrası arasında ciddi fərq yaranır.

Doroti Baziv vurğulayıb ki, yerli hakimiyyət orqanlarından başlayaraq icmalara və milli hökumətlərə qədər bütün tərəflərin potensialının artırılması siyasətlərin daha effektiv tətbiqinə imkan yarada bilər:

“Beynəlxalq forumlarda qəbul etdiyimiz öhdəliklər yalnız sənəddə qalmamalı, real həyatda öz əksini tapmalıdır. İcma əsaslı yanaşmaların milli və yerli siyasətlərə inteqrasiyası müxtəlif tərəflər arasında əməkdaşlığı gücləndirə bilər. Qadınların maliyyə resurslarına çıxış imkanlarının artırılması onların həm kollektiv təşəbbüslərdə iştirakını, həm də yaşadıqları ərazilərin inkişafına töhfəsini gücləndirir. Qadınlar maliyyə imkanları əldə etdikdə öz ehtiyaclarına daha çevik cavab verə və yaşadıqları icmaların inkişafını dəstəkləyə bilirlər”.

Qiymət Mahir

TodayPress TV

tag: Doroti Baziv,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,