Ceyhun Bayramov Qazaxıstan xarici işlər naziri ilə telefon danışığı apardı

Xarici siyasət

05.03.2026 17:23

5 mart 2026-cı il tarixində Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən TodayPress TV-yə verilən xəbərə görə, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yermek Koşerbayev,Telefon,Todaypress.tv,