Ceyhun Bayramov Latviya xarici işlər naziri ilə telefon danışığı apardı
Xarici siyasət
03.03.2026 18:51
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.
XİN-dən TodayPress TV-yə verilən xəbərə görə, nazirlər arasında Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub. Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada təhlükəsizlik üçün risklər yaratdığı qeyd edilib. Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun intensivləşdirilməsini, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini məmnunluqla vurğulayıblar.
Bununla yanaşı, digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
tag: Ceyhun Bayramov,Latviya ,XİN,Azərbaycan,Todaypress.tv,
