Ceyhun Bayramov İstanbulda TDT Baş katibi ilə görüşdü

Ceyhun Bayramov İstanbulda TDT Baş katibi ilə görüşdü
07.03.2026 17:14 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev ilə İranın dron Naxçıvana hücumlarını müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, müzakirələr zamanı regional təhlükəsizlik vəziyyəti, Türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər