Ceyhun Bayramov: "İsrail-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edir"

Ceyhun Bayramov: "İsrail-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edir"
26.01.2026 13:11 Xarici siyasət

İsrail-Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, iki dövlət arasındakı münasibət strateji xarakter daşıyır.

"Bu kontekstdə mütəmadi siyasi məslətləşmələr, strateji dialoqlar, parlamentlərarası dostluq qrupları əhəmiyyətlidir", C.Bayramov deyib.

O bildirib ki, iki ölkənin münasibətləri konteksində israilli həmkarı ilə iqtisadi əlaqələrin inkişafı, mövcud durumu, layihələr və yeni imkanlar barədə ətraflı danışıblar.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər