Ceyhun Bayramov avstraliyalı naziri İranın dron hücumu barədə məlumatlandırdı

Xarici siyasət

06.03.2026 00:32

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Avstriya naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.

Nazir Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarının Azərbaycan ərazisindən istifadə edilməklə təxliyyəsinə yaradılmış şəraitə görə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

tag: Avstriya,Ceyhun Bayramov, Dron, Hücum, Naxçıvan, todaypress.tv,