Cevdet Yılmazla Azərbaycan Baş naziri arasında telefon danışığı oldu
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
TodayPress TV xəbər verir ki, bu barədə C.Yılmaz "X"də yazıb.
Telefon danışığı zamanı Əli Əsədov bildirib ki, Azərbaycan həmrəylik əlaməti olaraq prosesi diqqətlə və qətiyyətlə izləyir.
C. Yılmaz Əli Əsədova qardaş Azərbaycan xalqı adından verdiyi başsağlığı və göstərdikləri səmimi həmrəyliyə görə təşəkkür edib.