Britaniya səfiri: İran dronunun Naxçıvana zərbə endirməsi qəbuledilməzdir

Britaniya səfiri: İran dronunun Naxçıvana zərbə endirməsi qəbuledilməzdir
05.03.2026 15:37 Xarici siyasət

Bu gün İranın iki dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.

TodayPress TV xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "X" hesabında yazıb.

"Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir", - deyə səfir vurğulayıb.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər