Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
02.03.2026 14:54 Xarici siyasət

Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.

TodayPress TV xəbər verir ki, Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyin edilib.

"Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - yeni təyin olunmuş səfir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Dunkan Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər