Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verdi

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verdi
11.11.2025 17:24 Xarici siyasət

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir:

"Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər