Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi

Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi
03.02.2026 16:52 Xarici siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

TodayPress TV

FOTOLAR

Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi — 1
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi — 2
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi — 3
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi — 4
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər