Azərbaycan və Özbəkistan XİN rəhbərləri görüşdü

Azərbaycan və Özbəkistan XİN rəhbərləri görüşdü
07.03.2026 17:36 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı, siyasi, iqtisadi və regional əlaqələndirmə sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, həmçinin TDT çərçivəsində koordinasiyanı müzakirə ediblər.

Eyni zamanda Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər