Azərbaycan və Moldova XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalandı
Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri (XİN) arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.
TodayPress TV xəbər verir ki, sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun moldovalı həmkarı Mixay Popşoi imzalayıb.
Sənəd iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan–Moldova tərəfdaşlığının inkişaf etdirilməsi öhdəliyinin bir daha təsdiqi kimi qiymətləndirilir.