Azərbaycan və İndoneziya əməkdaşlığın gücləndirilməsini müzakirə etdilər

Azərbaycan və İndoneziya əməkdaşlığın gücləndirilməsini müzakirə etdilər
26.02.2026 20:20 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İndoneziyanın səfiri Berlian Helmi görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi strategiyasını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfirliyi "Instagram" sosial şəbəkəsində məlumat yayıb.

"Görüşdə İndoneziya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi strategiyası, əməkdaşlıq mexanizmləri, eləcə də perspektivli birgə layihələr sahəsində təkliflər müzakirə olunub", - məlumatda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər