Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı oldu

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı oldu
06.03.2026 21:00 Xarici siyasət

Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.

Ə. Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər