Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu

Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu
03.03.2026 11:07 Xarici siyasət

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 10:00-dək İran İslam Respublikasından ümumilikdə 615 nəfər təxliyə edilib.

TodayPress TV xəbər verir ki, təxliyə olunanların 157-i Azərbaycan vətəndaşıdır. Bundan başqa, 150 nəfər Çin, 127 nəfər Rusiya, 66 nəfər Pakistan və 52 nəfər Tacikistan vətəndaşıdır.

Həmçinin 18 nəfər Səudiyyə Ərəbistanı, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər və 3 nəfər Banqladeş vətəndaşı təhlükəsiz əraziyə çıxarılıb.

Digər təxliyə olunanlar arasında 2 nəfər Filippin, 7 nəfər Gürcüstan, 2 nəfər Nepal, 2 nəfər Qazaxıstan, 2 nəfər Fransa və 2 nəfər Özbəkistan vətəndaşı var.

Bundan əlavə, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla əcnəbilər təxliyə edilib.

TodayPress TV

FOTOLAR

Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu — 1
Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu — 2
Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu — 3
Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu — 4
Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu — 5
Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olundu — 6
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər