Türkiyədən iri məmurlar 18 milyard dollar oğurladılar – Bakıdan elə şey istənildi ki – İDDİA

Türkiyədən  iri məmurlar 18 milyard dollar oğurladılar – Bakıdan elə şey istənildi ki – İDDİA
02.11.2026 10:30 Təhlil

Türkiyənin daxili siyasi gündəmində və makroiqtisadi sistemində məmurların etdiyi oğurluq nəticəsində açılan 18,5 milyard dollarlıq nəhəng kəsir, dərinləşən inflyasiya burulğanı və idarəolunmaz fond böhranı hakim dairələri klassik siyasi manipulyasiya mexanizmlərinə əl atmağa vadar edir: daxildəki iqtisadi yanğını ictimai rəydən gizlətmək üçün xaricdə təcili  "düşmən" və ya "süni gərginlik ocağı" formalaşdırmaq.

Son dövrlər Türkiyənin media platformalarında və bəzi siyasi çevrələrində Azərbaycana, xüsusilə də prezident İlham Əliyevə qarşı məqsədyönlü şəkildə körüklənən ittihamlar, Naxçıvan ətrafında uydurulan spekulyasiyalar və Ankara sammitinə qatılmamaq üzərindən başladılan təbliğat dalğası təsadüfi xarakter daşımır. Bütün bu informasiya hücumları daxildəki 18,5 milyard dollarlıq kəsiri pərdələmək və vətəndaşın diqqətini boş qalan soyuducusundan yayındırmaq üçün xüsusi olaraq layihələndirilmiş siyasi ssenaridir.

Birincisi, Türkiyə cəmiyyətinin real problemləri olan alıcılıq qabiliyyətinin kəskin düşməsi, fondlardakı maliyyə itkiləri və bahalıq dalğası unudulsun deyə, mediaya süni mövzular servis edilir: "Azərbaycanın İsraillə münasibətləri", "başörtüsü qadağası iddiaları" və "Əliyevin sammitə gəlməməsi". Halbuki cəmi bir neçə il öncə Şuşada təşkil olunan qeyri-rəsmi TDT zirvəsinə Rəcəb Tayyib Ərdoğanın futbol matçını əsas gətirərək getməməsi, nümayəndə heyətinə vitse-prezident Cevdet Yılmazın rəhbərlik etməsi diplomatik qaydalar çərçivəsində qarşılanmışdı. Bu gün Bakının tamamilə eyni diplomatik davranışı nümayiş etdirərək nazir səviyyəsində təmsil olunmasını "xəyanət" kimi təqdim etmək ikili standartın bariz nümunəsidir.

İkincisi, illərdir davam edən "Bir millət, iki dövlət" qardaşlıq bağları emosional manipulyasiya alətinə çevrilərək, sıxışan Türkiyə iqtisadiyyatının yaratdığı fəsadları Azərbaycanın neft-qaz gəlirləri, SOCAR investisiyaları və Bakının strateji maliyyə resursları hesabına kompensasiya etmək cəhdi açıq-aydın görünür. İqtisadi çıxış yolunu struktur islahatlarında deyil, Bakını müxtəlif informasiya təzyiqləri ilə maliyyə və siyasi güzəştlərə məcbur etməkdə görən müəyyən dairələr qardaşlıq anlayışını birtərəfli istismara çevirməyə çalışırlar.

Üçüncüsü, hətta təqaüddə olan amiral Cihat Yaycının öz analitik çıxışında təsdiqlədiyi kimi, Türkiyənin yeganə qeyd-şərtsiz müttəfiqi olan Azərbaycanı hədəf seçənlər əslində nə dövlətin, nə də xalqın mənafeyinə xidmət edirlər. İsrailin ən böyük strateji tərəfdaşı olan ABŞ və Tramp rəhbərliyinə, yaxud Qərbi Trakya türklərinin hüquqlarını pozan və İsraillə açıq hərbi ittifaq quran Afinaya qarşı susqunluq nümayiş etdirənlərin Bakı səfirliyi önünə qara əklil qoyması prosesin arxasında tamamilə süni sifarişlərin və pərdəarxası qrupların dayandığını göstərir. Eyni zamanda, Fələstin lideri Mahmud Abbasın Şimali Kipr Türk Cümhuriyyətini işğalçı adlandıran Cənubi Kipr rəhbərliyi ilə qucaqlaşmasına səs çıxarmayanların Bakını günahlandırması siyasi riyakarlığın kulminasiya nöqtəsidir.

Ortadakı reallıq birmənalıdır: Türkiyə ictimaiyyəti daxildəki 18,5 milyard dollarlıq fond böhranını, büdcə kəsirini və iqtisadi tənəzzülün hesabını sormasın deyə, süni şəkildə "Azərbaycan gərginliyi" obrazı yaradılır. Lakin daxildəki maliyyə dəliyini qardaş dövlətə qarşı aparılan qarayaxma kampaniyaları ilə doldurmaq mümkün deyil. Bu cür primitiv gündəm dəyişdirmə cəhdləri xalqlar arasındakı sarsılmaz tarixi telləri qoparmağa yox, sadəcə bu gərginliyi sifariş edən dairələrin siyasi və iqtisadi çarəsizliyini ifşa etməyə xidmət edir.

İsmayıl Şahlı

TodayPress TV 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər