Moskvanın gizlətdiyi görüntülər üzə çıxdı - Kalininqradda nə baş verib?

Moskvanın gizlətdiyi görüntülər üzə çıxdı - Kalininqradda nə baş verib?
02.11.2026 10:36 Dünya

Rusiyanın Kalininqrad vilayətində oktyabrın 21-də baş verən Su-30SM qırıcısının qəzasında ikinci təyyarənin də zədələndiyi üzə çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə OSINT məlumat yayıb.

Qrupun noyabrın 1-də dərc etdiyi fotolarda qanadının bir hissəsi ciddi zədələnmiş ikinci Rusiya qırıcısı əks olunub. Analitiklərin bildirdiyinə görə, görüntülər Baltik Donanmasının Çernyaxovsk aviabazasındakı mənbələrdən əldə edilib.

OSINT analitikləri ehtimal edirlər ki, oktyabrın 21-də baş verən hadisə iki Su-30 qırıcısının havada toqquşması nəticəsində baş verib. İlkin məlumata görə, təyyarələrdən biri qəzaya uğrayaraq məhv olub, digəri isə qanadına ciddi ziyan dəyməsinə baxmayaraq sağ qalıb.

Militarnyi nəşrinin məlumatına əsasən, fotolarda görünən zədələnmiş təyyarə Su-30SM2 modifikasiyasına aiddir. Onun bort nömrəsi RF-33838, taktiki nömrəsi isə “89 mavi”dir.

Xatırladaq ki, oktyabrın 21-də Rusiya Müdafiə Nazirliyi Kalininqrad vilayətində Su-30SM qırıcısının planlı təlim uçuşu zamanı qəzaya uğradığını açıqlamışdı. Hər iki pilot katapult edərək xilas olmuşdu.

İki təyyarənin havada toqquşması ehtimalı hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər