İsrail ordusu hazırlandı: İrana hücum əmri gözləyir
İranın qəfil hücum ehtimalı ilə bağlı İsrailin müdafiə qurumları ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin “Walla” agentliyi məlumat yayıb.
“ABŞ və İsrail kəşfiyyatı Tehranın ABŞ-da seçkilərin gedişinə və siyasi mənzərəyə birbaşa təsir göstərə biləcək genişmiqyaslı hərbi təxribat törətməsindən ehtiyat edirlər.
Belə olan halda Ağ Ev ciddi seçim qarşısında qalacaq: təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı zərbə endirmək, yoxsa hərbi müdaxilədən çəkinmək”, – məlumatda bildirilib.
Zəhra Məmmədova