Məşhur alim vəfat etdi - FOTO

Məşhur alim vəfat etdi - FOTO
02.11.2026 11:01 Sosial

Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov vəfat edib.

TodayPress TV xəbər verir ki, Qurban Bayramov 2 noyabr 2026-cı il tarixində, səhər saat 05:00 radələrində dünyasını dəyişib.

Bu barədə mərhumun nəvəsi sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, babası Azərbaycan Yazıçılar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar Şurasının və Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü olub. Qurban Bayramov filologiya üzrə fəlsəfə doktoru olmaqla yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.


TodayPress TV

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər