Trampın iqamətgahı mühasirəyə alındı - VİDEO

Trampın iqamətgahı mühasirəyə alındı - VİDEO
02.11.2026 11:03 Dünya

Mar-a-Laqo iqamətgahının ətrafında hava hücumundan müdafiə sistemləri yerləşdirilib.

TodayPress TV xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahının ətrafında hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. İstifadəçilər  bu addımı III Dünya müharibəsi ehtimalı ilə əlaqələndirərək Trampın mümkün qlobal münaqişəyə hazırlaşdığı barədə suallar ünvanlayıb.

ABŞ rəsmiləri bildiriblər ki, sistemlər Prezident Donald Trampın təhlükəsizliyini gücləndirmək məqsədilə yerləşdirilib. ABŞ Məxfi Xidməti bölgədə təhlükə səviyyəsinin yüksəldiyini açıqlayıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər