“Kimi tam layiqli çempiondur!” – Rasselldən komanda yoldaşına etiraf
“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell komanda yoldaşı Andrea Kimi Antonellinin 2026-cı il mövsümündə “Formula-1” üzrə dünya çempionu olması münasibətilə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, Rassell italiyalı pilotun çempionluğa layiq olduğunu bildirib və onun mövsüm ərzindəki çıxışını yüksək qiymətləndirib.
“İlk növbədə, Kimini tamamilə layiqli çempionluğu münasibətilə təbrik edirəm. O, bu mövsüm fantastik iş gördü və əldə etdiyi uğurla fəxr edə bilər.
Təəssüf ki, Meksika Qran-prisi mənim üçün son dərəcə məyusedici alındı. Yarışa yaxşı başladım və əlverişli mövqedə idim. Lakin sonradan avtomobilimizdə problem yarandı və düz yolda tam sürət potensialımızdan istifadə edə bilmədik. Bu, bizə bir çox mövqe bahasına başa gəldi və yaxşı nəticə qazanmaq şansımızı əlimizdən aldı.
Yarışın mənim nəzarətimdən kənar səbəblərə görə uğursuz alınması məyusedicidir. Amma avtoidmanın reallığı belədir”, – deyə Rassell mətbuat konfransında bildirib.
Namiq HUN