Körfəz ölkələri İrandan daha sərt hücuma hazırlaşır

Körfəz ölkələri İrandan daha sərt hücuma hazırlaşır
02.11.2026 11:13 Dünya

Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İsrailin İrana qarşı hücumları davam edəcəyi təqdirdə Tehranın daha genişmiqyaslı cavab zərbələri endirəcəyindən ehtiyat edirlər.

TodayPress TV xəbər verir ki, xarici KİV-in  məlumatına görə, Körfəz ölkələri İranın əvvəlki döyüşlərlə müqayisədə regionun enerji və digər mühüm infrastrukturuna daha ağır zərbələr endirə biləcəyindən narahatdırlar.

BƏƏ rəsmisi regionun qarşısını almağa çalışdığı dərin böhranla üz-üzə olduğunu bildirib. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu diplomatik danışıqların intensivləşdirilməsindən keçir.

Bu narahatlıqlar İranın Ali Lideri Müctəba Xameneinin ABŞ və İsraillə hərbi qarşıdurmanın davam edəcəyi təqdirdə silahlı qüvvələrə coğrafi məhdudiyyət olmadan daha geniş müharibəyə hazırlaşmaq göstərişi verməsindən sonra artıb.

İran bölgədə ABŞ hərbi qüvvələrinin yerləşdiyi obyektləri hədəfə alarkən Körfəz ölkələrinə də zərbələr endirir. Qətər və digər dövlətlər Vaşinqtonla Tehran arasında diplomatik danışıqların bərpasına nail olmağa çalışırlar.

Onların əsas məqsədi gərginliyin daha da artmasının və hərbi əməliyyatların davam edəcəyi təqdirdə iqtisadiyyatlarına dəyəcək zərərin qarşısını almaqdır.

Yayılan xəritə animasiyasında döyüşlərin yenidən başlaya biləcəyi ehtimalı fonunda Körfəz ölkələrinin yüksək hazırlıq vəziyyətində olduğu əks etdirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər