Türkiyə hökuməti uşaq artımına görə hərəkətə keçdi! – Ötən həftənin GÜNDƏMİ

Təhlil

04.05.2026 14:13

Qonşu ölkədə baş verənlər həm iqtisadi, həm də təhlükəsizlik baxımından bizim üçün hər zaman maraqlıdır. Ötən həftə Türkiyə mediasının əsas manşetləri daxili problemlər, qeyri-adi hava şəraiti və gələcəyə yönəlmiş dövlət proqramları ətrafında formalaşıb.

Mayda gələn qar


Mayın gəlişinə baxmayaraq, Türkiyənin bir çox bölgəsində qış havası hökm sürüb. Meteorologiya idarəsinin 23 əyalət üçün "sarı xəbərdarlıq" verməsi ciddi fəsadlarla nəticələnib. Mersin kimi isti bölgələrdə qar yağmasıtarixi hadisə kimi qiymətləndirilib. Bir çox yerdə məktəblər bağlanıb, güclü fırtına bəzi binaların damını uçurub.

Məktəblərdəki hadisələr və 1 May gərginliyi 

Ötən həftə həm küçələrdə, həm də məktəblərdə baş verən cinayətlər ictimaiyyətin diqqət mərkəzində olub. Kahramanmaraş və Şanlıurfada baş verən hadisələr, məktəbdə yaralanan uşağın vəfatı böyük hiddət doğurub. Bu hadisə hətta TBMM-də xüsusi araşdırma komissiyasının yaradılması mövzusunu gündəmə gətirib.


1 May nümayişləri bu il də gərginliklə müşahidə olunub. Belə ki, İstanbulda (Taksim) polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Valiliyin məlumatına görə, təhlükəsizlik qaydalarına uymayan 575 nəfər saxlanılıb.

Arı hücumundan tutmuş POS-cihaz fırıldaqlarına qədər...

Namus motivli qətllər, saxta POS-cihaz fırıldaqçılığı və maraqlı bir hadisə — arı hücumu nəticəsində yüzlərlə qoyunun tələf olması mediada geniş müzakirə edilib.

Demoqrafik həyəcan

Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilən “2026-2035 Ailə və Əhali Vizyonu” həftənin ən strateji xəbəri olub. Ölkədə doğum sayının rekord həddə (1.48) düşməsi hökuməti hərəkətə keçirib. Gənc ailələrin evlənməyə təşviq edilməsi və çoxuşaqlı ailələrə dövlət dəstəyi kimi uzunmüddətli addımlar müzakirə mövzusudur.

İqtisadiyyat və xarici siyasət mövzuları

Aprel ayının inflyasiya rəqəmləri, qızılın qiyməti və avtomobil bazarındakı vəziyyət gündəlik həyatın əsas müzakirə mövzuları olaraq qalır.

Xarici işlər naziri Hakan Fidanın İran, Suriya və Avropa istiqamətindəki fəallığı Türkiyənin regional liderlik iddialarını bir daha ön plana çıxarıb.

Sosial mediada qadağa müzakirələri

Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi və bəzi "Analar günü" reklamlarına RTÜK-ün sərt reaksiyası sosial şəbəkələri hərəkətə gətirib.


Yekun olaraq, Türkiyə bu həftəni həm gündəlik həyatın gətirdiyi çətinliklərlə (hava, təhlükəsizlik), həm də gələcəyə hesablanmış strateji qərarlarla başa vurdu. 

Qiymət Mahir

tag: Türkiyə,1 may,Uşaq,Məktəb,Todaypress.tv,