La Liqada böyük qiymət şoku: Ulduz futbolçuların dəyəri kəskin aşağı düşdü!
“Barselona”nın iki futbolçusu və Vinisius La Liqanın ən çox dəyər itirən 5 oyunçusu sırasında yer alıblar.
TodayPress TV “Transfermarkt” portalının futbolçuların transfer dəyərində etdiyi son yenilənməsinə əsasən xəbər verir ki, Madrid “Real”ının vingeri Vinisius Junior, eləcə də “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq və onun komanda yoldaşı Aleks Balde İspaniya La Liqasının ən çox qiyməti düşən 5 futbolçusu sırasına daxil olublar.
“Transfermarkt” versiyasına görə La Liqanın ən çox dəyər itirən 5 futbolçusu:
1. Frenki de Yonq (“Barselona”) - 130 milyon avro (- 10 milyon avro)
2. Aleks Balde (“Barselona”) - 40 milyon avro (- 10 milyon avro)
3. Kristian Romero (“Atletiko”) - 25 milyon avro (- 10 milyon avro)
4. Xulian Alvarez (“Atletiko”) - 110 milyon avro (- 10 milyon avro)
5. Vinisius Junior (“Real”) - 130 milyon avro (- 10 milyon avro)
Namiq HUN