Riqada Azərbaycan bayrağı dalğalandı: Karateçilərimiz Avropa çempionatından medallarla dönür!
Fullkontakt şinkyokuşin karate üslubu üzrə Azərbaycan milli komandasının üzvləri beynəlxalq yarışlarda uğurla çıxış ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Millimiz Latviyanın paytaxtı Riqada təşkil olunan Avropa çempionatında iki medala sahib olub. U-21 yaş kateqoriyasında 75 kq çəki dərəcəsində mübarizə aparan Zamin Fərəcov gümüş medal qazanıb. 65 kq çəki dərəcəsində çıxış edən Məhərrəm Əhmədov isə qitə turnirinin bürünc medalına layiq görülüb.
Eynilə 75 kq çəki dərəcəsində çıxış edən digər karateçimiz Emin İsmayıllı da fəxri kürsüyə qalxmağı bacarıb. İsmayıllı Rusiyanın Novosibirsk şəhərində keçirilən “34-cü Andrey Yakutov Memorialı” beynəlxalq turnirində üçüncü yeri tutaraq bürünc medal əldə edib.
Namiq HUN