Transfer bazarında böyük hərəkətlilik: Balde PSJ-yə keçməyə yaxındır!
PSJ-nin yeni transferi Lyuka Din yay keçidindən sonra parislilərin baş məşqçisi Luis Enrikenin gözləntilərini doğrultmayıb və klub artıq yanvar transfer pəncərəsində “Barselona”nın sol cinah müdafiəçisi Aleks Baldeni transfer etməyi nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “foot01.com” nəşri məlumat yayıb.
Bildirilib ki, Enrike Dinin oyunundan razı qalmayıb və radikal addımlar atmağa hazırdır. Məşqçi aydın şəkildə bildirib ki, bu mövsüm gözləntiləri qarşılamayan futbolçulara güzəştə getmək niyyətində deyil. Yayda “Aston Villa”dan transfer olunan fransalı müdafiəçi mövsümün başlanğıcından bəri meydanda cəmi 104 dəqiqə keçirib.
Qeyd edək ki, Enrike PSJ-nin idman direktoru Luiş Kampuşa Aleks Baldeni transfer etməyi tapşırıb. Cari mövsüm La Liqada cəmi 12 dəqiqə şans qazanan Balde ilə “Barselona” 40 milyon avro qarşılığında yolları ayırmağa hazırdır.
Namiq HUN