Kakadu quşundan ilhamlanan Olimpiya məşəli: Brisben 2032-nin yeni siması!
2032-ci ildə Avstraliyada keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqolarının təqdimat mərasimi baş tutub.
TodayPress TV xəbər verir ki, təntənəli təqdimat mərasimi multi idman oyunlarına ev sahibliyi edəcək Brisben şəhərində təşkil olunub.
Təşkilatçılar tərəfindən təqdim olunan və Kakadu quşundan ilhamlanan yeni dizayn konsepsiyası Olimpiya və Paralimpiya məşəlini, eyni zamanda ev sahibi Avstraliyanın milli ruhunu və mədəniyyətini əks etdirir.
Namiq HUN