Siyəzəndə narkotik əməliyyatı - 14 nəfər saxlanıldı
Siyəzəndə 6 kiloqram
narkotik vasitə aşkarlanıb.
TodayPress TV DİN-ə istinadən xəbər verir ki, Siyəzən
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata
keçirilib.
Nəticədə qeyd olunan qanunsuz əməllərdə
şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə
6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq
götürülüb.
Faktlarla bağlı cinayət
işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.