"Mastercard" dünyanın ən yaxşı 20 şirkəti sırasında

"Mastercard" dünyanın ən yaxşı 20 şirkəti sırasında
05.10.2026 16:35 İqtisadiyyat

"Mastercard" TIME jurnalının “World’s Best Companies 2026” reytinqində dünyanın ən yaxşı 20 şirkəti sırasına daxil olub.

TodayPress TV xəbər verir ki, reytinq "Statista" ilə birgə hazırlanıb və şirkətlər əməkdaş məmnuniyyəti, gəlir artımı və dayanıqlılıq üzrə göstəricilər əsasında qiymətləndirilib.

"Mastercard", həmçinin “Fortune AIQ 75” reytinqində 6-cı yeri tutub. Bu reytinq Fortune 500 şirkətlərinin süni intellektdən istifadəsini, texnologiyaya yatırımların nəticələrini və yaradılan real biznes dəyərini nəzərə alır.

Şirkətin məlumatına görə, "Mastercard" süni intellektdən təhlükəsizlik, istifadəçi təcrübəsi və ödəniş imkanlarının inkişafı istiqamətində istifadə edir.

Qeyd edək ki, "Mastercard", həmçinin 2026-cı ildə "TIME100 Most Influential Companies" siyahısına da daxil edilib.  

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər