Monqol rəqibinə uduzan Gültac Məmmədəliyeva dünya çempionatı ilə vidalaşdı!
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Gültac Məmmədəliyevanın növbəti qarşılaşması baş tutub.
TodayPress TV xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz təsəlliverici görüşdə Monqolustan idmançısı Uranzaya Bayanmunxa məğlub olub. Bu məğlubiyyətlə Məmmədəliyeva yarışda medal qazanmaq imkanını əldən verib.
Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində mübarizə aparan digər cüdoçularımız - Nizami İmranov, Ruslan Paşayev və Turan Bayramov da məğlub olaraq çempionatı medalsız başa vurublar.
Cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.
Namiq HUN