Sammit İrəvanda idi: Amma Avropanın əsas lideri Bakını seçdi

Təhlil

04.05.2026 22:04

İtaliya Baş naziri İrəvanda tədbir iştirakçıları üçün təşkil edilmiş şam ziyafətinə qalmadı, Bakıya gəldi. Çünki burada QAZLI danışıqlar da, sövdələşmələr də daha realdır. 

TodayPress TV xəbər verir ki, bu sözləri enerji məsələləri üzrə ekspert İlham Şaban qeyd edib:

"Bu yaxınlarda Qəbələyə səfər edən Çexiya Baş naziri də Azərbaycandan ildə 2 mlrd m3 qaz almaq məsələlərinə diplomatikcəsinə toxunmuşdu. Rəsmi Praqa bildirmişdi ki, Azərbaycan tərəfi ilə danışıqlar gedir, amma yekunlaşmayıb.

Məncə, rəsmi Bakı İtaliya üçün ixrac qaz  həcmlərini artıra bilər. Ötən il İtaliya Azərbaycandan TAP kəməri vasitəsi ilə 9,5 mlrd m3 qaz idxal edib (İtaliya qaz bazarında Azərbaycanın payı 16% təşkil edib). Bu baxımdan Azərbaycan "Abşeron-2" layihəsi üzrə qazın çıxarılmasını (2029-cu ilin sentyabrına gözlənilir) gözləmədən bunu edə bilər. 

Nəyin hesabına? İki real mənbə var: bu yaxınlarda "Azəri-Çıraq-Günəşli" blokundan çıxarılması gözlənilən ilk təbii qaz və "yaşıl enerji" mənbələri üzrə elektrik enerjisi artdıqca, elekrrik enerji sektorunda qənaət ediləcək qaz həcmlərindən".

TodayPress TV

tag: Ekspert,Enerji,Qaz,Avropa,Azərbaycan,Todaypress.tv,