Moskvada gərginlik yaşanır: Putin Ukraynaya hücumları dondurdu?
Təhlil
14.05.2026 11:12
Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı onu müharibəyə son qoymağa çağırır.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniya mediası kəşfiyyat mənbələrinə əsaslanaraq məlumat yayıb.
Bildirlib ki, Rusiya rəhbərliyi daxilində təzyiq artır və Ukraynaya qarşı müharibəyə son qoyulmasını tələb edir.
Kremlin dairəsinin bir hissəsi müharibənin çıxılmaz vəziyyətə düşdüyünə inanır. Rusiya yavaş irəliləyişini davam etdirir, lakin bunun həm iqtisadi, həm də siyasi cəhətdən getdikcə daha baha başa gəlir.
Jurnalistlər bu məlumatlarda Rusiya prezidenti administrasiyası üçün hazırlanmış və sonradan internetə sızdırılmış fevral ayında dərc olunmuş hesabata əsaslanırlar.
Sənəddə bildirilirdi ki, müharibənin davam etdirilməsi Kreml üçün "Pirrik qələbə"yə çevrilə bilər - dağıdılmış və boşaldılmış şəhərlər müqabilində böyük itkilər.
Mənbələr qeyd edir ki, Kreml cəbhə xəttini dondurmaq və bunu əhaliyə "Qərb üzərində qələbə" kimi təqdim etməyə çalışmaq variantını nəzərdən keçirir.
Bu tip xəbərlər yeni deyil. Müharibənin başlanğıcından etibarən Qərb mediasında və kəşfiyyat dairələrində Kreml daxilində fikir ayrılıqları, oliqarxların narazılığı və bəzi hərbi dairələrin tənqidi ilə bağlı mütəmadi məlumatlar yayılır. Bəzi hallarda bu xəbərlər real prosesləri əks etdirib (məsələn, Yevgeny Prigozhin hadisəsi və ya bəzi hərbi bloqerlərin açıq tənqidləri).
Lakin bir çox hallarda bu cür “sızmalar” informasiya müharibəsinin elementi kimi də qiymətləndirilir — məqsəd Rusiyanı daxildən zəif göstərmək, Qərbdə Ukraynaya dəstəyi qorumaq və Kiyevin mövqeyini gücləndirmək ola bilər.
Jalə Rövşən
tag: Ukrayna ,Rusiya ,Vladimir Putin ,Qərb ,Todaypress.tv,
