Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi!

Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi!
14.09.2026 12:38 İdman

Azərbaycan komandası Maltada təşkil olunan Xüsusi Olimpiya Avropa Açıq üzgüçülük yarışında böyük uğura imza atıb. Təmsilçilərimiz 4x50 metr məsafəyə sərbəst üsulla estafet yarışında 3 dəqiqə 14,55 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İdmançılarımız fərdi yarışlarda da zəngin medal kolleksiyası toplayıblar:

Mirqayıb Rəsulov: 50 metr məsafəyə batterflay (32,70 saniyə) və sərbəst üsulla (31,26 saniyə) üzməkdə gümüş medal.

Georgiy Qəniyev: 50 metr məsafəyə arxasıüstə üzməkdə (38,60 saniyə) gümüş medal, sərbəst üsulla üzməkdə (31,47 saniyə) bürünc medal.

Ağasəlim Abdullayev: 25 metr məsafəyə brass üsulu ilə üzməkdə (29,18 saniyə) gümüş medal, 50 metr məsafəyə yarışda isə 1 dəqiqə 04,80 saniyə göstərici ilə ilk üçlükdən kənarda qalıb.

Məhəmməd Əli: 50 metr məsafəyə arxasıüstə üzməkdə (1 dəqiqə 19,92 saniyə) bürünc medal, sərbəst üsulla yarışda isə 1 dəqiqə 09,64 saniyə ilə mükafatçılar sırasına düşə bilməyib.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi! — 1
Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi! — 2
Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi! — 3
Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi! — 4
Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi! — 5
Qızıl estafet: Azərbaycan üzgüçüləri Avropanı fəth etdi! — 6
XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər