Basketbolda tarixi an: Brianna Stüart əlçatmaz rekorda imza atdı!

Basketbolda tarixi an: Brianna Stüart əlçatmaz rekorda imza atdı!
14.09.2026 13:45 İdman

Qadınlar arasında ABŞ Milli Basketbol Assosiasiyasında (WNBA) “Nyu-York Liberti” klubunun şərəfini qoruyan ABŞ-nin 32 yaşlı ulduz basketbolçusu Brianna Stüart tarixdə ilk dəfə iki dəfə Dünya Çempionatının Ən Dəyərli Oyunçusu (MVP) adına layiq görülən qadın idmançı olub.

TodayPress TV xəbər verir ki, qadınlar arasında keçirilən “DÇ – 2026”nın həlledici final oyununda ABŞ yığması Fransa komandasını 97:79 (17:20, 26:25, 30:12, 24:22) hesabı ilə məğlub edərək çempion olub.

Qarşılaşmanın ən yaxşı oyunçusu seçilən Brianna Stüart dabl-dabl ilə yadda qalıb. O, görüşü 22 xal, 10 ribaund, 4 məhsuldar ötürmə və 30 faydalılıq əmsalı ilə başa vurub. Stüartın turnir ərzindəki orta göstəricisi isə hər oyunda 12,8 xal, 7,3 ribaund və 2,8 məhsuldar ötürmə təşkil edib.

Qeyd edək ki, Brianna ilk dəfə MVP mükafatına 2018-ci ildə İspaniyanın Tenerife şəhərində keçirilən Dünya Çempionatında layiq görülmüşdü.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər