“Red Bull”da çətin qərar: Ferstappenə verilən tənbeh əmrinin pərdə arxası

“Red Bull”da çətin qərar: Ferstappenə verilən tənbeh əmrinin pərdə arxası
14.09.2026 11:51 İdman

“Red Bull” komandasının rəhbəri Loran Mekis İspaniya Qran-pri yarışında şikanı kəsdikdən sonra niderlandlı pilot Maks Ferstappeni “Ferrari” təmsilçisi Lyuis Hemiltona mövqeyini qaytarmağa yönəldən qərarı şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Formula-1”in mətbuat xidməti məlumat yayıb. 

Komanda rəhbəri bu addımın daha ağır cəzanın qarşısını almaq üçün atıldığını bildirib:

“Bu, hər zaman ağrılı və çətin qərardır. Xoşbəxtlikdən, komanda körpüsündəki uşaqlar hər şeyi diqqətlə araşdırdılar və tez bir zamanda təhlil apardılar. Aydındır ki, sükan arxasında olan Maksdan təşəkkür məktubu gözləmirdik. Düşündük ki, daha sonra bizə daha baha başa gələ biləcək kəskin cəza riski ilə üzləşməkdənsə, zərbəni indi qəbul edib, ardından geridən gələrək mövqeyi bərpa etmək daha yaxşıdır - hansı ki Maks bunu mükəmməl bacarır”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər