Avropanın zərif siması Kallası Bakıya nə bağlayır?
Təhlil
05.05.2026 16:57
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Bakıya gəlib.
Bəs görəsən, Avropanın top diplomatiyasını idarə edən siyasətçini Bakıya gətirən əsas səbəblər hansılardır?
Hər şeydən əvvəl, Avropa Rusiya qazından asılılığı minimuma endirmək üçün çıxış yolları axtarır və bu məqamda Azərbaycan ən etibarlı tərəfdaş kimi diqqət mərkəzindədir. 2022-ci ildə təməli qoyulan enerji sazişindən sonra Azərbaycan qazının Avropa bazarına çıxışı strateji hədəfə çevrilib. Bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində əsas damarlardan biridir. Kallasın bu səfəri də məhz həmin strateji əlaqələri "təzələmək" və möhkəmləndirmək məqsədi daşıyır.
Lakin məsələ təkcə qaz deyil. Cənubi Qafqazda sabitlik Avropa üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycanın reallaşdırdığı Orta Dəhliz kimi nəqliyyat və logistika layihələri Bakını regionun əvəzolunmaz qovşağına çevirib. Brüssel yaxşı anlayır ki, bölgədəki maraqlarını qorumaq və riskləri sığortalamaq üçün Bakı ilə birbaşa dialoq şərtdir.
Kallasın gəlişi həm də Avropanın praqmatik addımıdır. Aİ həm Ermənistan, həm də Azərbaycanla münasibətləri balansda saxlamağa çalışır. Bu, birtərəfli siyasi xətt deyil, real maraqlara söykənən bir diplomatiyadır. Azərbaycanın iqtisadi gücü, coğrafi mövqeyi və irəli sürdüyü təşəbbüslər Avropanı Bakı ilə daha yaxın olmağa vadar edir.
Kaya Kallasın Bakı missiyası Avropanın gələcək sabitliyinə və enerji təhlükəsizliyinə yatırılan bir sarmayədir. Real siyasətdə ideologiyalar deyil, milli maraqlar diktə edir. Azərbaycan isə bu maraqlar zəncirinin ən önəmli halqasıdır.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Kaya Kallas,Azərbaycan,Səfər,Todaypress.tv,
