Amerikalılar Trampı istəmir: Ağ Evin yeni sahibi kim olacaq?

Təhlil

23.04.2026 11:12

Amerikalıların  təxminən hər  10 nəfərindən 7-si milli iqtisadiyyatı  zəif hesab edir  və ölkənin səhv  istiqamətdə  getdiyini  düşünür. 

TodayPress TV xəbər verir ki,  məlumat  16–20 aprel  2026-cı il tarixlərində  Çikaqo  Universitetinin  nəzdində  fəaliyyət  göstərən "NORC" təşkilatının keçirdiyi sorğuda qeyd olunub.  

İranda davam edən  müharibə fonunda   benzin qiymətlərinin artması ilə Prezident Trampın iqtisadiyyata nəzarəti ilə bağlı ictimai dəstək azalıb. Mart ayında  bu göstərici 38% olduğu halda, hazırda yalnız  30% respondent onun iqtisadi idarəçiliyini  bəyənir. Respondentlərin 72%-i ölkənin fevral ayında olduğu kimi yenə də yanlış istiqamətdə  irəlilədiyini bildirir.

Onun yaşayış xərcləri ilə mübarizə siyasətini cəmi 23% bəyənir, 76% isə bəyənmir. Eyni zamanda, getdikcə daha çox amerikalı ABŞ iqtisadiyyatının vəziyyətinin yaxşı olmadığını düşünür: hazırda 73% iqtisadiyyatı zəif qiymətləndirir ki, bu da fevral ayında qeydə alınan 66%-dən yüksəkdir.

Trampın ümumi bəyənmə reytinqi mart ayından bəri bir qədər azalsa da (38%-dən 33%-ə düşüb), fevral ayı ilə müqayisədə demək olar ki, dəyişməyib (34%-ə qarşı 33%). Vitse-prezident JD Vensə, eləcə də Respublikaçı və Demokrat partiyalarına münasibət isə əsasən sabit qalıb.


Diqqət edin, burada söhbət sadəcə rəqəmlərdən getmir, söhbət Amerika seçicisinin psixoloji qırılma nöqtəsindən gedir. Əgər martda 38% olan dəstək bu gün 30%-ə geriləyirsə və İranla müharibə fonunda enerji daşıyıcılarının qiyməti Ağ Evin iqtisadi sütunlarını silkələyirsə, deməli, sistemdə ciddi "istiqamət xətası" var. 2596 respondentin verdiyi mesaj aydındır: Amerika artıq  daxili iqtisadi sabitliyi  uzaq ufüqlərdəki müharibələrdən  üstün tutur. 

 Jalə Rövşən

TodayPress TV

tag: Amerika ,Donald Tramp ,J.D Vens ,Sorğu ,Todaypress.tv,