Paşinyan Nəsimi Musayevə görə onu İŞDƏN ÇIXARDI

Paşinyan Nəsimi Musayevə görə onu İŞDƏN ÇIXARDI
05.10.2026 17:37 Gündəm

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Davit Sanamyanı vəzifəsindən azad edib.

TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, Sanamyanın vəzifədən azad edilməsi Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisində saxlanılmasından bir neçə gün sonra baş verib.

Məmurun işdən çıxarılmasının rəsmi səbəbi açıqlanmayıb. Lakin Ermənistan mediası bu qərarı Nəsimi Musayevin Sünik vilayətində saxlanılması ilə bağlı insidentlə əlaqələndirib.

Qeyd edək ki, Azərbaycan hərbçisi oktyabrın 1-də Ermənistan ərazisində saxlanılıb. Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər