Amerika xüsusi qırıcılar cəlb etdi: İrana qarşı nəhəng hava əməliyyatı olacaq - İDDİA

Təhlil

24.04.2026 20:47

"Danışıqlar prosesində irəliləyiş əldə olunmadığına görə ABŞ və İsrail İrana qarşı kütləvi hava hücumlarına hazırlaşırlar".

Bunu Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışarkən bildirib. 


O vurğulayıb ki, ilk dəfə olaraq 3 ABŞ aviadaşıyıcı zərbə qrupu eyni vaxtda Yaxın Şərq regionundakı əməliyyatlara cəlb olunub ki, bu zərbə qrupuna aid gəmilərin göyərtəsində ümumimilikdə 200 təyyarə və 15 min hərbi qulluqçu yerləşir. 

Ekspertin sözlərinə görə, İsrail də təxminən eyni sayda aviasiya vasitələrini hazırlıq vəziyyətinə gətirib. Həmçinin İran da bu hücumlara qarşı tədbirlər həyata keçirir: 

“Aprelin 23-ü gecə saatlarında İranın “HHM” sistemlərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi də ABŞ və İsrailin mümkün hava hücumlarına hazırıq məqsədi daşıyırdı”. 

Aysel Mətləb

TodayPress TV

tag: Ədalət Verdiyev,İsrail,İran,Hücum,HHM,TodayPress TV,