Yeni təyin olunmuş hakimlər and içdilər

Yeni təyin olunmuş hakimlər and içdilər
05.06.2025 14:56 Sosial

İyunun 6-da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Məhkəmədən TodayPress TV-yə verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin 2025-ci il 3 iyun tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunan 38 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davamlı xarakter alıb.

Ötən dövrdə 2500-dən çox hakimliyə namizəd imtahanlarda iştirak edib, müsabiqənin bütün mərhələlərini, eləcə də tədris kursunu və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 254 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin ediliblər.

109 namizəd isə hazırda seçim prosesinin müxtəlif mərhələsindədir. Hakimliyə namizədlərin sənəd qəbulu hazırda davam etdirilir.

Sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib. Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub.

Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması və xidməti vəsiqə təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Gülşən Fərəcova və Kamal Babayev çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

FOTOLAR

Yeni təyin olunmuş hakimlər and içdilər — 1
Yeni təyin olunmuş hakimlər and içdilər — 2
Yeni təyin olunmuş hakimlər and içdilər — 3
Yeni təyin olunmuş hakimlər and içdilər — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Bütün Xəbərlər